"Dəmirbank"dakı problemli kreditlərlə bağlı - PALATADAN AÇIQLAMA

"Dəmirbank"dakı problemli kreditlərlə bağlı -

““Dəmirbank”ın problemli kreditlər üzrə müştəriləri narahat olmaya bilərlər. Bütün siyahı artıq sistemə yüklənib”.
Bu sözləri "Businessinsider.az"ın bununla bağlı sorğusuna cavab olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib.


Onun sözlərinə görə, “Dəmirbank”ın hesabatları var və bu hesabatlar sistemə yüklənib. Sadəcə olaraq, Dəmirbankın özündə vahid “korbankinq” olmayıb. Ona görə də məhz proqramla bağlı yüklənmələr müxtəlif zamanları əhatə edib. Ancaq indi hamısı pk.fimsa.az portalında var.

““DəmirBank”ın üç korbankinqi olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənib. Artıq hamısı var və istifadə zamanı texniki problem yaransa, narahat olmasınlar proqram yeniləndikcə bu məlumatlar hamısı görünəcək”.

Qeyd edək ki, hazırda ləğvetmədə olan “Dəmirbank”da problemli krediti olanlar adlarını siyahıda tapa bilmədiklərindən şikayətlənirlər. Səbəb kimi onlar “biz deyirlər ki, bu bank hesabatı Palataya verməyib, ona görə də sistemə yerləşdirilməyib”, deyə yazırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...