Sahibkarlara təklif olunan ticarət mərkəzləri - 5 AY İCARƏ HAQQI ÖDƏNİLMƏYƏCƏK

Sahibkarlara təklif olunan ticarət mərkəzləri -

İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektləri haqqında məlumat məlumat yayyıb.

FED.az xəbər verir ki, məlumatda təklif edilən ticarət obyektlərinin adları, ünvanları və əlaqələndirici şəxs göstərilib.
Eləcə də bax: "Diqlas"dakı sahibkarlara 3 milyon manat ayrıldı - SƏRƏNCAM
1.Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza.
Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 1111)

2.Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza.
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 5555)

3. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar.
Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 8189) Qabil Nəhmədov (tel:050 213 3368)

4. "AF-COM Plaza"da yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər).
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)

5.S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.
Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 0660)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...