Hava dəyişəcək, Bakıda intensiv yağış gözlənilir

Hava dəyişəcək, Bakıda intensiv yağış gözlənilir


Martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gundeminfo.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Aprelin 1-i axşamdan 2-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Martın 31-də gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...