Jurnalistlərə təzyiq göstərən polis işdən çıxarıldı - RƏSMİ

Jurnalistlərə təzyiq göstərən polis işdən çıxarıldı -

Bakıda jurnalistlərə qarşı nəzakətsiz davranış nümayiş etdirən polis əməkdaşı işdən çıxarılıb.

Bunu Lent.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, nəinki jurnalist, heç bir şəxsə qarşı belə hər hansı hüquqazidd əməl törədilməsi qəbul edilməzdir: “Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir. O cümlədən, jurnalistlərə qarşı nəzakətsiz davranışına görə həmin polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb. Buna görə, orada yaranan xoşagələməz halla bağlı intizam tənbeh tədbiri görülüb”.

Qeyd edək ki, bir neçə gün əvvəl jurnalistlər Fatimə Mövlamlı və Sevinc Sadıqova çəkiliş zamanı saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıldıqlarını bildiriblər. Jurnalistlər bölmədə onlara qarşı nəzakətsiz davranıldığını qeyd ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...