Ombudsman həbsxanada Əli Əliyevlə görüşdü

Ombudsman həbsxanada Əli Əliyevlə görüşdü
Fevralın 19-da İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva həbs edilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə görüşüb.

Bu barədə “Bumerang” TV-nin rəhbəri Elçin Rəhimov məlumat verib.

O qeyd edib ki, görüşlə bağlı Ombudsman Aparatı məlumat yaymasa da, VİP partiyasına zəng edərək bildiriblər.

Həmçinin, S. Əliyevanın təşəbbüsü ilə partiya sədrinin həyat yoldaşı da dünən Ə. Əliyevlə görüşüb.

Qeyd edəki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti təmin olunub.

Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...