Yoluxaraq magistr imtahanına girə bilməyənlərə ödənişlər geri verilir

Yoluxaraq magistr imtahanına girə bilməyənlərə ödənişlər geri verilir
"Koronavirusa yoluxduğu üçün magistraturaya qəbul imtahanında iştirak edə bilməyənlər ödədikləri vəsaiti geri ala bilərlər".

Bu barədə Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, əgər kimsə COVID-ə yoluxursa və imtahandan bir neçə gün əvvəl DİM-ə müraciət edib bu barədə rəsmi sənədləri təqdim edirsə, həmin şəxslərin ödədikləri məbləğ geri qaytarılır.

"Lakin imtahandan sonra belə müraciət olursa, artıq onu təmin etmək mümkün olmur. Magistraturaya qəbul imtahanı il ərzində 2 dəfə keçirilir. İmtahanın 2 dəfə olması məhz iştirakçıları bu kimi gözlənilməz hallardan sığortalayır. Əlavə imtahanın keçirilməsi isə nəzərdə tutulmur", - qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...