Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb - SİYAHI

Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb -
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin əmlakları üzərinə qoyulmuş həbs götürülüb.

APA həmin əmlakların siyahısını əldə edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş sabiq icra başçısının üzərindən həbs götürülmüş əmlakları aşağıdakılardır:

Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 800 manat olan 0.08 ha torpaq sahəsi;

Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;

Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 395 manat olan qeyri-yaşayış binası;

Goranboy şəhəri, V. Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 000 manat olan daha bir qeyri-yaşayış binası.

Xatırladaq ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Quliyev 9 il, R. Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vəfat etmiş Nizaməddin Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib, Ramiz Tatarovun isə cəzası 8 il 3 aya endirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...