“Kim raketlə ölkəmizə hücum etsə, S-400-lər orada istifadə olunacaq” - Ərdoğan
Qeyri-müəyyənlik və təhdidlərin heç azalmadığı bir bölgədə uzunmənzilli regional hava və raket hücumundan müdafiə sistemi ehtiyacı çərçivəsində tədarük olunan S-400-lər haqqında polemika yaradılmağa çalışıldığını görürük.
“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Xüsusilə bu gün yaşanan Rusiya-Ukrayna böhranı bu silahların lazımlılığını yenidən ortaya qoyur. S-400-lərin niyə alındığı dəfələrlə açıqlanıb, səbəbləri, nəticələri, prosesin özü barədə ictimaiyyətə məlumat verilib”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, S-400-lərin harada istifadə olunacağı barədə sualın cavabı kifayət qədər aydındır:
“Kim raketlə ölkəmizə hücum etdə, orada istifadə olunacaq. Bir də “S-400-lər anqarda gözləyir” deyirlər. S-400-lər harada gözləməlidirsə, orada gözləyir. Təbii ki, bunlar gizli mövzulardır. Ehtiyac olacağı halda bu sistemin istifadəsinə dair bütün hazırlıqların aparıldığını və prosesin lazımı şəkildə inkişaf etdiyini bilirik”.
685 dəfə oxundu