Polşa millisi Rusiyaya yollanmaqdan imtina edib

Polşa millisi Rusiyaya yollanmaqdan imtina edib
Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə səfər oyununa yollanmaqdan imtina edib.

Apasport.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 3 ölkənin yığması hazırda Ukraynada hərbi gərginlik yaşayan Rusiyaya getməyəcək: “Bu, Polşa, İsveç və Çexiyanın rəsmi bəyanatıdır. Biz Rusiyada oynamağa hazırlaşmırıq”.

Qeyd edək ki, Rusiya – Polşa oyunu martın 24-də Moskvada keçirilməlidir. Cütün qalibi isə finalda ya İsveç, ya da Çexiya ilə üz-üzə gələcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...