Hikmət Hacıyev Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyə planını açıqlayıb

Hikmət Hacıyev Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyə planını açıqlayıb
“Azərbaycanın Ukraynadakı səfirliyi Xarici İşlər Nazirliyimizdən müvafiq təlimat alıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, səfirlik tərəfindən Ukraynada yaşayan azərbaycanlılarla mütəmadi təmaslar saxlanılır: “Hazırda obyektiv vəziyyət odur ki, Ukraynanın hava məkanı beynəlxalq uçuşlar üçün bağlanıb. Ona görə də ehtiyacı olan Azərbaycan vətəndaşlarının avtobuslarla tərəfdaş, dost ölkələrlə birlikdə Ukraynanın qonşuluğunda yerləşən ölkələrin ərazisinə aparılması, oradan Azərbaycana gətirilməsi imkanları üzərində iş aparılır. Bu istiqamətlərdən biri də Moldovadır. Bir neçə Azərbaycan vətəndaşının Moldovaya gətirilməsi istiqamətində addımlar atılıb. Bununla bərabər, Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyimizlə birlikdə bu ölkədəki vətəndaşlarımıza öncədən müvafiq təhlükəsizlik qeydlərini çatdırıb ki, vətəndaşlarımıza Ukraynanın rəsmi qurumlarının təhlükəsizliklə əlaqədar müəyyən etdikləri qaydalara riayət etsinlər, müəyyən edilmiş ərazilərdə olsunlar, hərbi əməliyyatların aparıldığı, hərbi obyektlərin olduğu ərazilərdən uzaq dursunlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1030 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...