“Gecə çətin keçdi, ancaq Kiyevdə Rusiya qoşunları yoxdur” - Vitali Kliçko

“Gecə çətin keçdi, ancaq Kiyevdə Rusiya qoşunları yoxdur” -

Kiyev meri Vitali Kliçko ötən gecənin çətin keçdiyini, lakin paytaxtda Rusiya qoşunlarının olmadığını açıqlayıb.

Onun sözlərinə görə, Rusiya qoşunları Qostomel və Jitomir istiqamətində şəhərə soxulmağa cəhd edir.

“İndi təəssüf ki, Kiyevdə diversiya qrupları fəaliyyət göstərir, bir neçə toqquşma, atışma olub”, - deyə Kliçko bildirib.

O, Rusiya qoşunlarının havadan hücum niyyətində olduqlarını bildirib və bütün sakinlərin bu səbəblə sığınacaqlarda qalmalarını istəyib.

“Çətin olacaq, amma dözməliyik. Ordu bizimlədir, ərazi müdafiə qüvvələri bizimlədir, ədalət bizimlədir. Yaşasın Ukrayna!”, - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...