Rusiya Bankı uçot dərəcəsini 20%-ə qaldırıb

Rusiya Bankı uçot dərəcəsini 20%-ə qaldırıb
Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artırılaraq 9,5%-dən 20 %-ə qaldırılması barədə qərar qəbul edib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, Rusiya Bankı sonuncu dəfə bu il fevralın 11-də uçot dərəcəsini 8,5%-dən 9,5%-ə qaldırmışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...