Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq

Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq
Xarkova aviazərbələr endirilməyə başlanıb.

Bu barədə APA-ya Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

S. Adıgözəlli aviazərbələrin 15 dəqiqə əvvəl başladığını, şəhərə geniş miqyaslı hücumun gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, Xarkovun bombalanması və gözlənilən genişmiqyaslı hücumla bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə bu gün yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər Azərbaycan vətəndaşı qatarla Lvova yola salınacaq: "Artıq Xarkovda qalmaq təhlükəsizlik baxımından tamamilə mümkünsüzdür. Artıq mən də bu gün Xarkovu tərk edəcəm".

Qeyd edək ki, bundan öncə fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.

Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...