MN-dən Seyfəli poliqonunda baş verən partlayışlarla bağlı AÇIQLAMA

MN-dən Seyfəli poliqonunda baş verən partlayışlarla bağlı

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Məlumat üçün qeyd edək ki, Seyfəli poliqonunda həyata keçirilən zərərsizləşdirmə işləri artıq yekunlaşdırılıb. Plana uyğun olaraq utilizasiya prosesinin bir hissəsinin Qaraheybət poliqonunda davam etdirilir.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını bildiririk", - məlumatda qeyd edilib.

Report.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...