"Azərbaycandakı siyasi partiyalar birlik nümayiş etdirir" - PA rəsmisi

"Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində" mövzusunda konfrans keçirilib
"Azərbaycandakı siyasi partiyalar birlik nümayiş etdirir" -


Prezidentinin Administrasiyasının Siyasi partiyalar va qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Prezident Administrasiyasının Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova və vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ictimai-siyasi fəal qadınlar iştirak edib.

Çıxış edən Bahar Muradova qadınların hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, bu gün ölkədə görülən tədbirlər beynəlxalq konvensiyaya uyğun şəkildə aparılır.

Ombudsman Səbinə Əliyeva isə daxil olan müraciətlərin araşdırılıb zəruri tədbirlərin görüldüyünü qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə görülən tədbirlər zamanı aidiyyəti üzrə bir çox qurumlara müraciət edilib. Ombudsman bildirib ki, bundan başqa Suriyada əsir saxlanılan azərbaycanlıların ölkəmizə gətirilməsi üçün səlahiyyətli qurumlara müraciət ünvanlanıb.

PA rəsmisi S.Salmanova isə vurğulayıb ki, bu gün Azərbaycandakı siyasi partiyalar birlik nümayiş etdirir: "Bu birlik 44 günlük Vətən müharibəsi və pandemiya dövründə özün daha çox göstərib. Siyasi sahədə qadınlarımızın rolu kifayət qədər yüksəkdir. Elə bir siyasi partiya yoxdur ki, onun tərkibində qadınlar olmasın".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...