Rusiyalı aparıcı Solovyovun İtaliyadakı villasına həbs qoyuldu

Rusiyalı aparıcı Solovyovun İtaliyadakı villasına həbs qoyuldu
İtaliyanın Maliyyə Qvardiyası rusiyalı oliqarx Alişer Usmanov və rus teleaparıcı Vladimir Solovyovun əmlakına həbs qoyub.

Azpost.info xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb. Qəzetin məlumatına görə, söhbət, Solovyovun “Komo” gölündəki iki villasından, eləcə də Usmanovun Sardiniyadakı malikanəsindən gedir. İtaliya xarici işlər naziri Luici Di Maio dövlət televiziyasına müsahibəsində rus oliqarxların əmlaklarının müsadirəsinə başladıqlarını bildirib.

Qeyd edək ki, hər iki şəxsin adı Avropa İttifaqının sanksiya siyahısına düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...