Pol Qobl: “Rusiya ilə Ukrayna arasındakı münaqişə daha böyük bir nəsnəyə çevrilir”

Pol Qobl: “Rusiya ilə Ukrayna arasındakı münaqişə daha böyük bir nəsnəyə çevrilir”

“RF prezidenti Vladimir Putin “Soyuq müharibə” başa çatdıqdan sonra ilk dəfə Rusiya çəkindirici qüvvələrini (o cümlədən nüvə silahını) yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr etdiyi üçün sayıq olmalıyıq”.

Bu barədə “Atlantic Council” yanında “Brent Skouroft” adına Beynəlxalq Strategiya və Təhlükəsizlik Mərkəzinin direktor müavini Metyu Kroniq, “Brent Skouroft” Strategiya və Təhlükəsizlik Mərkəzinin nümayəndəsi Mark Massa və “Forward Defense” layihəsinin assistenti Aleksandr Marinin birgə məqaləsində yazılıb.

“Hələlik Rusiya nüvə qüvvələrinin əsas hissəsinin “xüsusi həyəcan rejimi” altında yüksək hazırlıq vəziyyətində olması barədə heç bir əlamət yoxdur. Amma aydındır ki, Putinin əmri... ABŞ, NATO və Qərbə ünvanlanıb ki, Ukraynanı dəstəkləməkdən çəkinsinlər. Əks təqdirdə, ağlasığmaz nəticələr riski var. İndiyə kimi Vaşinqton və onun müttəfiqləri ehtiyatlı şəkildə həddindən artıq reaksiya verməkdən çəkiniblər və Putin çox güman ki, nüvə silahı ilə meydan oxumağa davam edəcək. Onun Ukraynada nüvə silahından istifadə etməsi riski hələ də var”, - deyə Ukraynanın “Novoye Vremya” nəşrində dərc olunan materialın müəllifləri qeyd ediblər.

Bir müddət əvvəl isə Rusiyanın xarici işlər naziri Serqey Lavrov demişdi ki, III Dünya müharibəsi ancaq nüvə müharibəsi ola bilər. Əlbəttə, bununla yanaşı o, heç kəsin Rusiyanı təxribatlarla tarazlıqdan çıxara bilməyəcəyinə də əmin edib.

Dünyanı nə gözləyir? NATO ilə Rusiya arasında toqquşma və hətta nüvə müharibəsi mümkündürmü? Tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl Oxu.Az-a verdiyi qısa şərhdə qeyd edib ki, “Rusiya ilə Ukrayna arasında münaqişə Moskvanın fəaliyyətləri sayəsində daha böyük bir nəsnəyə çevrilir”.

“Ancaq Rusiya prezidenti Vladimir Putin istəməsə, dünya müharibəsi olmayacaq. Azərbaycan isə təbii ki, Rusiya Federasiyasının etdiklərini izləməli, özünə qarşı mümkün təhlükələri dəyərləndirməli və onlara müqavimət göstərməlidir”, - Pol Qobl bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...