Abşeron rayonunda sakinlərin qəbulu keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Ceyranbatan qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
İştirakçılar əvvəlcə Ceyranbatan qəsəbəsindəki Şəhidlər Abidəsini ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilərək, ruhlarına dualar oxunmuşdur.
Ceyranbatan qəsəbə Mədəniyyət Evində baş tutan görüşdə RİH başçısı Abdin Fərzəliyev səyyar qəbulların vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılması, mövcud problemlərin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə keçirildiyini bildirmişdir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zəfərimizlə nəticələnən 44 günlük Vətən Müharibəsi haqqında danışılaraq qeyd edilmişdir ki, hazırda işğaldan azad olunan ərazilərdə geniş və surətli yenidənqurma işləri həyata keçirilir.
Bu vaxta qədər Abşeron rayonunda da böyük miqyasda infrastruktur layihələrinin icra olunduğunu xatırladan RİH başçısı bundan sonra da əhəmiyətli işlərin görüləcəyini, rayonun problemlərinin hissə-hissə həl olunacağını vurğulamışdır. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində müasir şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrin inkişaf etdirilməsi, habelə insanların sağlamlığının təmin edilməsi üçün kommunal xidmətlərin yaxşılaşdırılmasına, məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin müasir standartlara cavab verən tərzdə qurulması istiqamətində layihələrin hazırlandığını önə çəkən RİH başçısı bu məqsədlə artıq 2 zibil daşıyan avtomobilin alındığını, növbəti ayda daha ikisinin də alınacağını iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra çıxış edən Ceyranbatan qəsəbə sakinləri sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, işlə təmin olunmalarında, məişət tullantılarının ərazidən uzaqlaşdırılması prosesinin müasir standartlara uyğun qurulmasında, zibil yeşiklərinin sayının artırılmasında, yeni salınan yaşayış massivlərinə kommunal xəttlərin çəkilməsində, yeni məktəb binalarının tikilməsində və digər problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilmiş, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
***
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə görüş keçirilmişdir. Görüşdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın qazandığı zəfərdən danışmış, əsgərlərimizin göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan söz açmışdır.
Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən döyüş meydanında cəmi 44 günə məhv edilmiş və 30 il işğal altında qalan torpaqlarımız azad olunmuşdur. Dünya hərb tarixinə öz imzasını atan ordumuz Vətən Müharibəsi dövründə keçirdiyi bütün düyüşlərlə hərbi dərsliklərin əsas mövzusuna çevrilməsini təmin etmişdir. Silahlı Qüvvələrimizin yüngül silahlarla sıldırım qayaları aşaraq Şuşa şəhərini azad etməsi isə ümumiyyətlə, dünya hərbi ekspertlərini təəccübləndirmiş, igidlərimizin göstərdiyi şücaət və döyüş əzmini etiraf etməyə məcbur olmuşlar.
Qeyd edilmişdir ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Şəhid ailələri həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etməkdədir.
Şəhid ailələri və qazilər ölkədə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər. Çıxışçılar şəhidlərin adlarını daşıyan küçələrin abadlaşdırılmasında, ailə üzvlərinin işlə təmin olunmasında, torpaq sahələrinin ayrılmasında, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində və digər məsələlərdə köməklik göstərilməsini xahiş etmişlər.
Rayon ərazində şəhidlərin adlarının verildiyi küçələrin siyahısının tutulduğunu, həmin küçələrin yenidən qurulması və abadlaşdırılması istiqamətində layihələrin hazırlandığını, Abşeronlu şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə Xırdalan şəhərində Anım Kompleksinin tikiləcəyini bildirən RİH başçısı bununla bağlı layihənin artıq hazırlandığını, abidənin ucaldılacağı ərazinin müəyyən olunduğunu və yaxın günlərdə tikinti işlərinə başlanılacağını görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Şəhid ailələri və qazilər tərəfindən qaldırılan digər məsələlər yerindəcə həl edilmişdir.
2394 dəfə oxundu