"Rusiya Xəzərdən qaçaq yollarla hərbi texnika daşıyır" – Guardian

"Rusiya Xəzərdən qaçaq yollarla hərbi texnika daşıyır" –
Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlar üçün İraqdan sursat və hərbi texnika alır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” İran tərəfindən dəstəklənən İraq döyüşçülərinin üzvlərinin və regional kəşfiyyat xidmətlərinin məlumatlarına istinadən yazıb.
Moskvanın mart ayında Ukraynadakı uğursuz kampaniyasından sonra Braziliya istehsalı olan RPQ-lər və tank əleyhinə raketlər, eləcə də Braziliya istehsalı olan çoxsaylı reaktiv yaylım atəşi sistemlərinin İraqdan Rusiyaya göndərildiyi bildirilib.
Keçidə nəzarət edən qrupun komandiri deyib ki, ən güclü şiə qruplaşması olan “Haşd əş-Şaabi”nin ixtiyarında olan RPQ-lər və tank əleyhinə raketlər martın 26-da Salamca sərhəd keçid məntəqəsindən İrana gətirilib, orada İran hərbçiləri tərəfindən qəbul edilib və dəniz vasitəsilə Rusiyaya daşınıb.
Mənbənin məlumatına görə, aprelin 1-də “Haşd əş-Şaabi” həmçinin İraqda "Sajil-60"ın lisenziyalı versiyası kimi tanınan Braziliya istehsalı olan iki "Astros II" özüyeriyən reaktiv yayılım atəşi sistemini sökərək hissələrini İrana göndərib.
Bu cür yükləri daşıya bilən üç yük gəmisi - ikisi Rusiya bayrağı altında, biri isə İran bayrağı altında İranın Bəndər Ənzəli limanından Xəzər dənizi vasitəsilə Həştərxana keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...