Pandemiyada tətbiq olunan cərimələr necə ləğv edilə bilər? – Deputata cavab

Pandemiyada tətbiq olunan cərimələr necə ləğv edilə bilər? –
"Koronavirusla bağlı məhdudiyyətləri və cərimələri aradan qaldırmaq üçün Nazirlər Kabinetinin qərarı olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Milli Məclisin deputatı Razi Nurullayevin parlamentdə pandemiya dövründə vətəndaşlara tətbiq olunan cərimələrin ləğv edilməsi təklifinə münasibətində deyib.

O bildirib ki, vaxtında bütün qərarlar və qaydaları Nazirlər Kabineti qəbul edib:

"Maska taxmaq, sosial məsafə, toy məclisləri, yas mərasimlərimə qadağalar və s. qaydaları pozanları da həmin qərara əsasən cərimələyiblər. Bu məhdudiyyətləri də ancaq Nazirlər Kabineti istədiyi vaxt aradan qaldıra bilər. Əgər buna zərurət görərsə...”

Əkrəm Həsənov bildirib ki, İnzibati Xətalar Məcəlləsində xüsusi maddə var:

"Orada epidemiya, pandemiya və s. qaydalarının pozulmasına görə cərimələr göstərilib. Bu, yalnız koronavirusa aid deyil, bütövlükdə nəzərdə tutulur. Sabah ola bilər ki, yeni pandemiya yayılar və ona dair dövlət daxili məhdudiyyətlər tətbiq edə bilər. Onu pozmağa görə də cərimə tətbiq olunar. Bu baxımdan İnzibati Xətalar Məcəlləsindən həmin mddələri çıxarmaq olmaz”.

Qeyd edək ki, Milli Məclisin deputatı Razi Nurullayev parlamentdə pandemiya dövründə vətəndaşlara tətbiq olunan cərimələrin ləğv edilməsi təklifi ilə çıxış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...