Şirvanda xəstəxananın doğum şöbəsinin giriş qapısı niyə hörülüb? - AÇIQLAMA + FOTO

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum Evi şöbəsinin giriş qapısı rəhbərlik tərəfindən şəhər sakinlərinin üzünə qapadıldığı iddia edilib.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Şirvanda xəstəxananın doğum şöbəsinin giriş qapısı niyə hörülüb? -

Bildirilib ki, doğum evinin yeganə və mərkəzi girişi satıldığı üçün hörülüb.

TƏBİB Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin giriş qapısının bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Şirvan Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların rahat istifadəsi üçün dörd giriş-çıxış hissəsi mövcuddur ki, onlardan ikisi eyni zamanda nəqliyyat vasitələri ilə gələn vətəndaşlar üçün nəzərdə tutulub:

“Vətəndaşlar öz nəqliyyat vasitəsilə xəstəxananın həyətinə daxil ola və geniş parklanma zolağından istifadə edə bilərlər. Qeyd edək ki, həmin giriş hissələri bir-birindən 20 metr məsafədə, doğum evinə isə 50 metr uzaqlıqda yerləşir”.

“Bundan öncə doğum evinin giriş hissəsi kimi istifadə olunan yerin hasara alınması ilə bağlı sosial şəbəkələrdə səsləndirilən ittihamlar həqiqəti əks etdirmir.

Doğum evinin giriş hissəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin kütləvi toplaşması, eyni zamanda, girişə yaxın hissədə səyyar satış piştaxtalarının qurulması ilə bağlı daxil olan vətəndaş şikayətlərinə uyğun olaraq giriş hissənin fəaliyyəti dayandırılıb”, - deyə qeyd edilib.

Şirvanda xəstəxananın doğum şöbəsinin giriş qapısı niyə hörülüb? -
Şirvanda xəstəxananın doğum şöbəsinin giriş qapısı niyə hörülüb? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2044 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...