Ukraynadan Azərbaycana gətirilən mallar 3.5 dəfə azalıb - HESABAT

Ukraynadan Azərbaycana gətirilən mallar 3.5 dəfə azalıb -
Bu ilin mart ayında Azərbaycan Ukraynaya 60,2 milyon dollar dəyərində məhsul ixrac edib.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ixracın 59,4 milyon dolları və ya 98,7%-ni neft və neft məhsulları təşkil edib. Ötən ilin mart ayı ilə müqayisədə isə ixrac 13 dəfə artıb. Belə ki, ötən ilin mart ayında Azərbaycandan Ukraynaya 4,6 milyon dollar dəyərində məhsul ixrac edilib.

İxracdan fərqli olaraq Azərbaycanın Ukraynadan idxalı kəskin azalıb. Bu ilin mart ayında Azərbaycan Ukraynadan 11,1 milyon dollar dəyərində məhsul idxal edib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə az olub.

Məlumat üçün qeyd edək ki, bu ilin fevral ayının 24-də Rusiya ordusu Ukrayna ərazisinə daxil olaraq bu ölkəyə qarşı müharibəyə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...