“Bandotdel” əməkdaşlarının yanında ucadan danışan şəxs həbs edildi

“Bandotdel” əməkdaşlarının yanında ucadan danışan şəxs həbs edildi
Bakıda küçədə ucadan danışan şəxs həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, ittihama görə, avqustun 29-da Nəsimi rayonunda olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları xidməti fəaliyyətlərini yerinə yetirərkən bir şəxsin ucadan mobil telefonla danışaraq nalayiq ifadələr işlətdiyini görüblər. Bu səbəbdən ona yaxınlaşaraq ictimai qaydanı pozduğunu bildiriblər. Xəbərdarlıqlara məhəl qoymayan Fuad Əliyev (şərti) polis idarəsinə dəvət edilsə də, ora getməkdən imtina edib. Bundan sonra məcburi qaydada polis idarəsinə aparılaraq izahatı alınıb. F.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə protokol tərtib olunaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iclasında izahat verən şəxs isə bildirib ki, ona borcu olan şəxslə mobil telefonla danışıq zamanı əsəbi olduğu üçün uca tonda danışıb: “İki nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb yüksək tonda danışmağımı irad tutdu. Mən də əsəbi olduğumdan həmin şəxslərin xəbərdarlıqlarına məhəl qoymadım. Daha sonra onlar məni polis idarəsinə dəvət etdilər. Mən də bundan imtina etdim. Polis əməkdaşları məni avtomobilə mindirərək idarəyə apardılar. Səhvimi başa düşüb peşman olmuşam. Polis əməkdaşlarına qarşı hörmətsizlik etmək niyyətində deyildim”.

Məhkəmə BMCMİ-nin əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş protokola əsasən, şəxsin 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair qərar çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...