“Pepsi” şirkəti “Qafqaz Otelləri Bakı”nı - MƏHKƏMƏYƏ VERDİ

  “Pepsi” şirkəti “Qafqaz Otelləri Bakı”nı -
“Mars Overseas Baku LTD” MMC “Qafqaz Otelləri Bakı” MMC ilə bağlı məhkəməyə müraciət edib.

Gundeminfo.az Banker.az-a istinadən xəbər verir ki, “Mars Overseas Baku LTD” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

Şirkətin müraciətindəki işin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr qaynaqlanır.

Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda “Pepsi” və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır.

Onu da bildirək ki, “Qafqaz Otelləri Bakı” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Rəhman İbrahimovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov PR, ev 206, m. 0 ünvanıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...