“Bilik Günü” ilə bağlı bütün tədbirlər ləğv olundu – Nazirdən tapşırıq

“Bilik Günü” ilə bağlı bütün tədbirlər ləğv olundu –
Elm və Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə Azərbaycanın bütün təhsil müəssisələrində sabah – sentyabrın 15-də “Bilik Günü” ilə bağlı nəzərdə tutulan tədbirlər ləğv olunub.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu haqda nazirliyin mətbuat xidmətindən dildirilib.

Qeyd edilib ki, təhsil müəssisələrinin rəhbərlərinə, kollektivlərinə tapşırıq verilib, hər hansı təntənəli tədbirin keçirilməməsi diqqətə çatdırılıb. Bundan əlavə həm tədris ilinin başlanması, həm də siniflərdə ilk dərslər şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayacaq.

Bildirək ki, sentyabrın 13-ü gecə Ermənistanla sərhəddə toqquşma baş verib və rəsmi açıqlamaya görə 50 hərbiçimiz şəhid olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...