Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - VİDEO

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi -
Rusiyanın İrkutsk vilayətində 25 yaşlı yerli sakin Ruslan Zinin Ust-İlimsk şəhərinin hərbi komissarı Aleksandr Yeliseyevə atəş açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Atəş açan şəxs saxlanılıb. “İndi hamımız evə gedək”, - şahidlərin sözlərinə görə, Ruslan Zinin hərbi komissara atəş açmazdan əvvəl bu ifadəni işlədib.
İlkin məlumatlara görə, Zimin özü bu gün səfərbər olmalı idi.

Onun hərbi komissarlığa silahla necə girdiyi hələ də aydın deyil. Hərbi komissar Aleksandr Yeliseyev hazırda xəstəxanadadır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...