Tovuzda gənc ana doğuşdan 19 gün sonra öldü

Tovuzda gənc ana doğuşdan 19 gün sonra öldü
Tovuzda doğuş həyata keçirən ana 19 gün sonra ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyeva sentyabrın 28-i rayon mərkəzi xəstəxanasında uşaq dünyaya gətirib.

Doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığı üçün o, Bakı şəhərinə aparılıb. Paytaxtda bir neçə gün qaldıqdan sonra qadının vəziyyəti yaxşılaşıb və o, yaşadığı evə gətirilib.

Ötən gün isə onun halı yenidən pisləşib.18 yaşlı ana Tovuz Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə aparılıb. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...