Avropa Oyunları dövründə şəxsi maşınlardan istifadəyə məhdudiyyətləri ləğv edib

Avropa Oyunları dövründə şəxsi maşınlardan istifadəyə məhdudiyyətləri ləğv edib

Bu gün Bakı meriyası bildirib ki, bir müddət əvvəl Avropa Oyunları dövründə (12-28 iyun) şəxsi nəqliyyatdan istifadəyə qoyulmuş qadağa ləğv edilir. Daha doğrusu, söhbət bir müddət əvvəl tətbiq edilmiş, paytaxtın əsas yolları boyunca yerləşən vətəndaşlara veriləcək buraxılış sistemindən gedir. Həmin dövrdə bütün digər avtomobil sahiblərinə şəhərdə hərəkət qadağan edilmişdi.

Eyni zamanda, meriya bildirib ki, Avropa Oyunları dövründə idman tədbirlərinin həyata keçirildiyi yerlərdə maşınların yalnız xüsusi olaraq ayrılmış yerlərdə park edilməsinə icazə verilib. Bu qaydanı pozan hər kəs cərimə olunacaq.

Meriya bu dəyişikliklərin səbəbini açıqlamır. Lakin anlamaq çətin deyil ki, bir çox idman həvəskarlarının öz avtomaşınları olmadan stadionlara gedə bilməyəcək və deməli, tədbirlər tamaşaçısız keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...