"Sadəcə bir ölkə sülh sazişində zamin olsun, çünki..." - Simonyan

"Sadəcə bir ölkə sülh sazişində zamin olsun, çünki..." -
“Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdır, lakin bunun üçün ən güclü mexanizmi seçmək lazımdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə keçirdiyi brifinqdə deyib.

O əlavə edib ki, danışıqların aparıldığı bütün mərkəzlər sazişin həyata keçirilməsinin təminatçısı olmağa hazırdır. Simonyan deyib ki, sadəcə bir ölkə qarant rolunda çıxış etsə, daha yaxşı olar.
“Təcrübə göstərir ki, bir neçə ölkə prosesə cəlb olunanda ya onların arasında yaranan münaqişə səmərəli işə mane olur, ya da məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar. Ona görə də yaxşı olardı ki, bir ölkə (zamin – red.) olsun. Bu, Rusiya, Fransa, Almaniya ola bilər. Amma dəqiq mexanizmləri olan bir ölkə”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...