AŞPA-da hansı dövlətlər Azərbaycana qarşı çıxdı... - ŞOK SİYAHI

AŞPA-da hansı dövlətlər Azərbaycana qarşı çıxdı... -
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib. Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib.

Gundeminfo.az Modern.az- a istinadla verdiyi məlumata görə, qətnamənin əleyhinə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri səs verib.
Bundan başqa İsveçənin iki, Norveçin, Bosniya və Herseqovinanın bir deputatı səsvermədə tərəfsiz qalıb. Yeri gəlmişkən hər üç dövlətin digər nümayəndələri Azərbaycanın əleyhinə səs verib.
Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı da Azərbaycana qarşı mövqe tutub.
Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya olub.
Qeyd edək ki, bəzi avropalı parlamentarilər bu gün Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
213 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...