AŞPA-da Azərbaycana qarşı çıxan Berdan Öztürk kimdir? - DOSYE

AŞPA-da Azərbaycana qarşı çıxan Berdan Öztürk kimdir? -
Xəbər verdiyimiz kimi, bəzi avropalı parlamentarilər AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞ PA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı Berdan Öztürk də Azərbaycana qarşı əks mövqe tutub.

Sözsüz ki, deputatun bu addımı təkcə Azərbaycanın deyil, Türkiyənin də maraqlarına ziddir. Çünki bu qətnaməyə dəstək vermək faktiki olaraq separatizmi dəstəkləməkdir. Bu gün AŞPA-da "xristian klubu" birləşərək Azərbaycana qarşı çıxır. Bu, təbii ki, Azərbaycanın öz torpaqlarından separatizmi təmizləməsi, Qərbin məkrli planlarını puç etməsi ilə bağlıdır. Bu gün AŞPA və digərləri birləşərək güclənən Azərbaycana, Türkiyəyə qarşı siyasət yürüdürlər. Ona görə də Azərbaycan əleyhinə qətnamə təkcə bizim deyil, həm də Türkiyənin maraqlarına qarşıdır.

Öz ölkəsi, milləti və qardaş dövlətinə qarşı çıxan Berdan Öztürk kimdir?

Musavat.com onun dosyesini təqdim edir:

Berdan Öztürk 1980-ci il mayın 1-də Ağrının Tutak rayonunda dünyaya gəlib. O, Mərmərə Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra London Universitetində beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamlayıb, 2011-ci ildə sərbəst hüquqşünas kimi fəaliyyətə başlayıb. B.Öztürk Mesopotamiya Qohumlarını İtirənlərə Yardım və Həmrəylik Dərnəyi (MEYA-DER) və İnsan Haqları Dərnəyinin (İHD) fəaliyyətlərində fəal iştirak edib.

2015-ci ilin iyun və noyabrında Xalqların Demokratik Partiyasından (HDP) Ağrı millət vəkili olaraq parlamentə daxil olan Öztürk Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının üzvüdür.

O, 14 may 2023-cü il seçkilərində yenidən 28-ci Dövr Diyarbakır Millət vəkili seçilib.

Qeyd edək ki, 2016-cı ildə 5 PKK-çının dəfn mərasimində iştirak etdiyinə görə türkiyəli siyasətçi barəsində istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. O, 2019-cu ildən "Barış Pınarı" əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı apardığı üçün istintaqa cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...