Bakı Azərbaycanda ən çirkli şəhərdir

Bakı Azərbaycanda ən çirkli şəhərdir


Bakı şəhəri atmosfer havasının çirklənməsinə görə ölkə üzrə birinci yerdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, normal halda atmosferdə dəm qazı 5, toz 0,5, his isə 0,15 olmalıdır.

Paytaxtda isə hava həddindən artıq tozlanmış vəziyyətdədir. Belə ki, Bakıda atmosferdə dəm qazı 2,9-3,4, toz 0,4-0,9 mq/m3-dür. Sumqayıtda Bakıya nisbətən atmosfer havası az çirklənib. Azərbaycanın üçüncü ən böyük şəhəri Sumqayıtda havanın tozlanma miqdarı 0,3-0,8 mq/m3-dür. Dəm qazının miqdarı isə 1,1-1,6 mq/m3-dür. Gəncə şəhərində də havadakı toz miqdarı normadan artıqdır. Atmosfer havasındakı tozlanma normadan 0,3 mq/m3 çoxdur.

Bölgə üzrə radiasiyanın vəziyyəti də normadan artıqdır. Bakı-Abşeron yarmadasında radiasiya üzrə fon səviyyəsi 8-13, faktiki radiasiya isə 9-dur.
Naxçıvan Respublikasında 13, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Ağfam-Füzuli, Mərkəzi Aran zonasında 11, Zaqatala-Şəki, Şamaxı-Quba bölgəsində 12, Lənkəran-Astara bölgəsində isə 9 mkr/saatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...