İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə Xocavənd rayonunun Quzeyxırman kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 10098 kv.m olan 60 ədəd fərdi yaşayış evinin təmiri işləri üzrə “AZ-CASPİAN CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3.675.894,49 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 01.09.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 20.06.2025-ci ildə Xocavənd rayonunun Quzeyxırman kəndində fərdi yaşayış evlərinin təmir işləri üzrə “Az-Caspian Construction” MMC ilə 6.230.240,45 manat məbləğində birbaşa müqavilə bağlayıb.
Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti son iki ay ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə “Az-Caspian Construction” MMC ilə ümumi dəyəri 9 906 134 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, fərdi yaşayış evinin təmiri işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma prosedurunu bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Son iki ay ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən on milyon manat civarında tender “udan” “Az-Caspian Construction” MMC-yə gəlincə.
MMC-nin rəsmi portalında qeyd edilir ki, “Az‑Caspian Construction” MMC 2009-cu ildə təsis edilmiş və o vaxtdan etibarən Azərbaycanın aparıcı tikinti şirkətlərindən birinə çevrilmişdir. Şirkətimiz memarlıq, mühəndislik və inşaat sahəsində geniş xidmətlər göstərir. Layihələrimizə yaşayış binaları, ictimai obyektlər, sosial infrastrukturlar, sənaye tikililəri, məktəblər, bağçalar, məscid, mehmanxana və digər müxtəlif komplekslər daxildir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ-CASPİAN CONSTRUCTİON” (VÖEN: 1200409991) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.01.2009-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, BUZOVNA QƏSƏBƏSİ, VİKTOR SERYOQİN (BUZOVNA QƏS.), ev.8 B, m.45, qanuni təmsilçisi kimi isə İbadov Rəşad Əsəd oğlu qeyd olunub. MMC-nin təsisçisi Qurbanov Pərvin Nizami oğludur. Hazırkı tarixə MMC-nin 1 861 609.16 manat vergi borcu var.
Vergi öhdəlikləri üzrə 2009- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Medada 14 may 2025-ci ildə yayılan məlumata görə MMC-nin vergi borcu 1 840 163.84 manat təşkil edib. Bu isə onu göstərir ki, MMC son iki ayda vergi borcunu ödəməkdənsə daha da artırıb.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdu. O, daha əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Aktualinfo.org
92 dəfə oxundu