"Moody’s" Azərbaycanın reytinqini aşağı saldı

"Moody’s" Azərbaycanın reytinqini aşağı saldı


«Moody’s İnvestors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının və emitentinin reytinqlərini aşağı salaraq sonradan enmə proqnozu ilə «Ba1» səvuyyəsində müəyyən edib.

Virtualaz.org saytı «Trend» agentliyinə istinadən xəbər verir ki, «Moody’s İnvestors Service» Azərbaycanda ÜDM-nin artımının 2015-ci ildə gözlənilən 2,8 faizə nisbətdə 2016-cı ildə 0,7 faiz təşkil edəcəyini proqnozlaşdırıb. Proqnozlara görə, 2017-ci ildə ÜDM-nin artımı təxminən 1% olacaq və sonrakı illərdə artım davam edəcək.

Daha öncə Standard & Poor's reytinq agentliyi proqnozlarını dərc edərək, 2017-ci ildə Azərbaycanda ÜDM artımının 2% olacağını bildirmişdi. Həmin agentliyə görə, bu göstərici 2018-ci ildə 4%, 2019-cu ildə isə 4,5% təşkil edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...