“Bu il Azərbaycanla əməkdaşlıqda prioritet sahələrdən biri təhsil olacaq” - Aİ nümayəndəsi

“Bu il Azərbaycanla əməkdaşlıqda prioritet sahələrdən biri təhsil olacaq” -


“Bu il Avropa İttifaqının Azərbaycanla əməkdaşlığında prioritet sahələrdən biri təhsil sahəsi olacaq”. APA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard deyib.

M. Mard bildirib ki, Avropa İttifaqının Azərbaycan Təhsil Nazirliyi ilə 19 milyon avroluq 3 ili əhatə edən layihə mövcuddur və burada əsas diqqət peşə təlimi təhsilinə yönəldiləcək: “Avropa İttifaqı təhsilin ölkənin gələcək inkişafı baxımından vacib olması fikrini bölüşür. Təzəlikcə ali təhsil sahəsində “Tvinning” layihəsinin icrasına başlamışıq. Məqsəd Azərbaycan təhsilini Avropa ali təhsilinə uyğunlaşdırmaqdır. Təhsil sahəsində başqa təşəbbüslərin də olması gözlənilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...