“İctimai Şuralarla bağlı təcrübə qaneedici deyil” - Azay Quliyev
İctimai Şuralarla bağlı həm müsbət, həm də mənfi təcrübə var.
Gün.Az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev fevralın 15-də Milli Məclisdə ( MM) parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “İctimai nəzarət haqqında” yeni qanun layihəsinin müzakirəsinə həsr etdiyi dinləmələr zamanı dilə gətirib.
Onun sözlərinə görə, “İctimai iştirakçılıq haqqında” qanun qəbulundan sonra yaradılan İctimai Şuralar ötən dövr ərzində o qədər də effektiv fəaliyyət göstərə bilməyiblər:
“Düzdür, Ədliyyə Nazirliyinin tərkibindəki Penitensiar İctimai Komitə, Əmək və Əhalinin Sosial Müdifəsi Nazirliyində yaradılan İctimai Şura və bəzi bir-iki qurumdakı İctimai Şuralar müsbət, effektli fəaliyyətləri ilə seçilirlər, fərqlənirlər, amma əksəriyyət İctimiai Şuralar o qədər müsbət təcrübəyə malik deyillər.
Ona görə də “İctimai nəzarət haqqında” yeni qanunun qəbulundan sonra ictimai nəzarəti həyata keçirəcək İctimai Şuralar mərkəzi və yerli icra hakimiyyətlərindən kənarda yaradılmalı və tam müstəqil şəkildə fəaliyyət göstərməlidirlər” - deyə, o, daha sonra sözlərinə əlavə edib.
872 dəfə oxundu