"Minsk qrupu ədalətli resept təklif etsəydi..." - Əli Əhmədov

"Minsk qrupu ədalətli resept təklif etsəydi..." -


“Bu münaqişənin indiyə qədər nizama salınmaması, vəziyyətin bu həddə gəlib çatmasının səbəblərindən biri ATƏT-in Minsk Qrupunun öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsidir”.

APA-nın məlumatına görə, bunu yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, bu yaxınlarda Azərbaycan prezidenti bununla tək öz mövqeyini yox, həm də xalqın mövqeyini qəti ifadə edib: “Əgər Minsk Qrupu ədalətli mövqe tutsaydı, işğalçı ilə işğala məruz qalanın hər ikisini tərəzinin eyni gözünə qoymağa çalışmasaydı, ədalətli resept təklif etsəydi, yəqin ki, indiyə qədər münaqişə aradan qalxardı və Cənubi Qafqazda gərginliyə gətirib çıxaran bu qarşıdurma baş verməzdi. Azərbaycan hökuməti bundan özü üçün vacib nəticələr çıxaracaq və bundan sonra həyata keçirəcəyi siyasətində təbii ki, bunlar nəzərə alınacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...