Azərbaycanda ixrac kəskin azaldı – Son rəqəmlər

  Azərbaycanda ixrac kəskin azaldı –
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 13 milyard 633,4 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 23,8% və ya 4 milyard 249,3 milyon dollar azalıb.
İdxal əməliyyatları üzrə 5 milyard 464,8 milyon dollar dəyərində ticarət həcmi qeydə alınıb.Ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk 4 ayında idxal 3,2% və ya 166,9 milyon dollar artıb.
İxrac əməliyyatlarında isə ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% və ya 4 milyard 416,2 milyon dollar dəyərində azalma olub. Belə ki, bu ilin ilk 4 ayında xarici ölklərə 8 milyard 168,6 milyon dollarlıq məhsul ixrac olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...