"Putin topu bizim meydana atır" - Operativ şərh

"Putin topu bizim meydana atır" -


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarının əsas vəzifəsi Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Onun sözlərinə görə, münaqişə ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz.

Peskov, həmçinin əlavə edib ki, danışıqlar çətin olacaq: “Rusiya prezidenti ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyanla, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, müzakirələr aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə nahar edəcəklər”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür: “Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü başlamamış Kreml artıq Azərbaycana mesaj göndərib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədi kimi “hərbi əməliyyatların bərpasından sığortalanmaq” olduğunu göstərib. Bəs münaqişənin həlli? Hazırki mərhələdə (bu mərhələnin nə qədər uzanacağını kimsə bilmir) Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur. Putin topu bizim meydana atır. Ya biz bu topu götürüb qol vurmağa çalışmalıyıq, ya da müdafiədə paslaşmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...