Corc Soros yenə Rusiya təhlükəsi haqda danışıb

Corc Soros yenə Rusiya təhlükəsi haqda danışıb


Milyarder Corc Soros hesab edir ki, Rusiya dünyada hegemon dövlətə çevrilərkən, Avropa Birliyi dağılır. Avropa.info xəbər verir ki, o, bu barədə Mixail Xodorkovskininin “Açıq Rusiya” təşkilatının Londonda keçirdiyi tədbirdə danışıb. Soros deyib ki, vəziyyət ona SSRİ-nin dağıldığı, Avropanın isə çiçəkləndiyi vaxtları xatırladır.

Soros hesab edir ki, Qərb və Rusiyanın münasibətləri başqa cür inkişaf edərdi, əgər BVF onun sözünə qulaq assaydı. BVF maliyyə yardımını hökumətlərə deyil, pensiya islahatı, işsizlik kimi problemin həllinə yönəltsəydi bu baş verməzdi. Milyarderin fikrinə görə, Avropa Birliyinin taleyi heç zaman olmadığı kimi Ukraynanın gələcəyindən asılıdır. Soros hesab edir ki, Maydan hərəkatı millətçiliyi gücləndirərək, Ukraynanı suveren olmağa stimullaşdırdı.

“Bu Rusiyanın imperiya millətçiliyinə qarşı, Putinin köməyindən tam asılı olan Rusiyanın satelliti Yanukoviçə qarşı bir üsyan idi. İndi Putin öz-özlüyündə Rusiyada əks-səda tapan millətçiliyi təcəssüm etdirir”, – Soros belə hesab edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...