“Prezidentlərin əl sıxışmaq istəməməsi sübut edir ki...”

“Prezidentlərin əl sıxışmaq istəməməsi sübut edir ki...”


Sankt-Peterburq görüşü müsbət qiymətləndirilsə də, hələ ortada heç bir uğur yoxdur. Bu müsbətin uğura çevrilib-çevrilməməsi isə sonrakı hadisələrin inkişafından asılı olacaq. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Sankt-Peterburq görüşünün nəticələrini şərh edən deputatın sözlərinə görə, əslində, Anjey Kaspşikin missiyasının genişləndirilməsi daha öncədən məlum idi:

“Çünki Azərbaycan buna Vyanada razılıq vermişdi. Əsas məsələ danışıqlar prosesinin bundan sonra davamı və nəticəsidir. Sankt-Peterburq görüşü müsbət qiymətləndirilsə də, hələ ortada hər hansı bir uğur yoxdur. İndi bu müsbətin uğura çevrilib-çevrilməməsi isə sonrakı hadisələrin inkişafından asılı olacaq. Yəni siyasi proseslərin gedişatı bu görüşün nəticələrinə bağlıdır. Fikir verin, Sankt-Peterburqda heç istənilən atmosfer də yox idi. Azərbaycan və Ermənistan prezidentlərinin bir-birlərinin əllərini belə sıxmaq istəməməsi bunu sübut edir”.

Politoloqun qənaətinə görə, Rusiya görüşünün ilkin nəticələri real vəziyyəti dəyişməyəcək:

“Azərbaycan təkidlə konkret məsələlərin həlli ilə bağlı danışıqların bərpasını və prosesin uzanmadan həyata keçirilməsini tələb edir. Bu razılaşma əldə olunub. Çünki Ermənistan təmas xəttində nəzarətin möhkəmlənməsi ilə bağlı təkid etsə də, araşdırmalarla bağlı olan tələblərin heç biri yaxın buraxılmadı. Kaspşikin missiyasını genişləndirməsinə isə Bakı çoxdan razılıq vermişdi. Onun 6 nəfər köməkçisi var idi, indi lap 12 nəfər olsun. Bu, real nəzarəti dəyişmir, təmas xəttində atəşkəsin qorunması bu dəfə də tərəflərdən asılı olacaq”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub. Prezidentlər danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəliblər. Görüşün yekun bəyanatında atəşkəs rejiminə riayət olunması xüsusi vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...