Ərdoğan deyir ki, İsrail şərtlərimizi qəbul etdi

Ərdoğan deyir ki, İsrail şərtlərimizi qəbul etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə razılığın Xalid Məşəl və Mahmud Abbas ilə görüş keçirərək əldə olunduğunu bildirib.

Avropa.info xəbər verir ki, iftar proqramında danışan Ərdoğan bayramdan əvvəl 14 min ton qida, geyim, ayaqqabı kimi zəruri maddələri Qəzzaya aparacaq gəminin cümə günü yola çıxacağını bildirib.

Prezident iqamətgahında iş adamları və vətəndaşlar üçün təşkil olunmuş iftar proqramında çıxış edən Ərdoğan bunları söyləyib:

"Prezidentin məqamı 10 avqust 2014-cü il tarixindən bəri millətin məqamıdır. Prezidentin iqamətgahı da birbaşa millətin evidir. Prezident iqamətgahının Çankaya Köşkündən buraya köçürülməsinin də əsl səbəbi elə budur. Çankaya köşkü yalnız bir nəfərə görə hazırlanmış bir məkan idi. Orada belə geniş yığıncaqlar keçirmək imkanı yox idi.

2010-cu ildə Mavi Mərmərəyə hücum edilib 10 vətəndaşımızın şəhid edilməsi hadisəsindən sonra İsrail ilə problemli bir dövrə girmişdik. İki ölkə arasındakı əlaqələri düzəltmək üçün ABŞ başda olmaqla həmişə cəhdlər oldu. Biz ta əvvəldən 3 şərtin yerinə yetirilməsi lazım olduğunu demişik. Birinci şərt İsrailin bu hadisəyə görə Türkiyədən rəsmən üzr istəməsidir. 2013-ci ildə ABŞ prezidenti Obamanın da iştirakı ilə İsrailin baş naziri bu üzrü şəxsən mənə ifadə etmişdi. İkinci şərtimiz İsrailin öldürülən türklərin ailələrinə təzminat ödəməsidir. Bu şərt üçün də 20 milyon dollar məbləğ müəyyən olunub. Üçüncü şərtimiz isə Qəzzada yaşayan fələstinlilərin həyat şərtlərinin yaxşılaşdırılması üçün mühasirənin ləğv olunmasıdır.

Qəzzzaya qida, səhiyyə və sair kimi əsas şeylər baxımından Türkiyə vasitəsilə yardım göndəriləcək. Bayramdan əvvəl 14 min ton yükü olan ilk gəmimiz Mərsindən yola çıxacaq. Biz, fələstinlilərin hüquqlarına xələl gətirəcək və Mavi Mərmərə şəhidlərinin ruhlarını incidəcək heç bir şərti əsla qəbul etmədik, etmərik də. Üstəlik bu işləri fələstinli qardaşlarımız Xalid Məşəl və Mahmud Abbas ilə görüşərək etdik.

Bu vətənin bölünməsinə biz əsla icazə verməyəcəyik. İndiyə qədər 700-ə yaxın şəhid vermişik. Amma bunun qarşılığında 8 minə yaxın terrorçu məhv edilib. Terror Türkiyədə ailələri böldü, milləti böldü, ananı övladından ayırdı. Bu şeylərin yenidən təkrarlanmasına icazə verməyəcəyik.

Rusiya ilə də bildiyiniz kimi bir təyyarə böhranı məsələmiz var idi. Bu böhranı aradan qaldırmaq üçün müəyyən addımlar atdıq. Göndərdiyim məktubda həm baş vermiş hadisədən duyduğum hüznü ifadə etdim, həm də regional əməkdaşlıq imkanlarını xatırlatdım. Türkiyə dostlarına güvən təmin edən bir ölkə olduğunu hər zaman göstərmişdir. Rusiya ilə münasibətlərlə bağlı göndərdiyim məktubda əldə edəcəyimiz razılığın hər iki ölkənin xeyrinə olacağına inanıram."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...