Zahid Oruca şifahi töhmət elan olundu

Zahid Oruca şifahi töhmət elan olundu


Bu gün Milli Məclisin İntizam komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri Ağacan Abiyev APA-ya bildirib ki, iclasda spiker Oqtay Əsədovun müraciəti əsasında MM-in son iclasında deputat Zahid Orucla onun arasında baş verən mübahisə müzakirə olunub. İclasda Z. Oruca irad bildirilib və şifahi töhmət elan edilib.

Qeyd edək ki, iyunun 24-də MM-in növbədənkənar sessiya çərçivəsindəki son iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb. Oqtay Əsədov Zahid Orucu iclası pozmaqda, nizam-intizama əməl etməməkdə ittiham edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...