Putinlə Ərdoğanın telefon danışığının təfərrüatları açıqlanıb

Putinlə Ərdoğanın telefon danışığının təfərrüatları açıqlanıb


Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iyunun 29-da olan telefon danışığının təfərrüatları açıqlanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Prezidentinin Adminstrasiyası prezidentlərin görüşü barədə məlumat yayıb.

Məlumata əsasən, dövlət başçılarının telefon danışığı zamanı ikitərəfli əlaqələrin bərpası üçün lazımi addımların atılması ilə yanaşı, bölgədəki siyasi, humanitar böhranların qarşısının alınması üçün əməkdaşlığın əhəmiyətli olduğu da vurğulanıb.
Prezidentlər ikitərəfli əlaqlərin bərpa edilməsi və terror qarşı birgə mübarizə məsələlərində qətiyyət göstərəcəklərini vurğulayıblar: "Onlar bir-biri əlaqə saxlamağın və görüşməyin vacibliyində də razılığa gəliblər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...