Ruhani Bakıda Putinlə görüşəcəyinə ümid edir

Ruhani Bakıda Putinlə görüşəcəyinə ümid edir

İran prezidenti Həsən Ruhani avqustun 8-də Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyinə ümid edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.

Onun sözlərinə görə, tərəflər, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

İ.Rəhimpur qeyd edib ki, Azərbaycanın Suriya məsələsi üzrə mövqeyi Rusiya və İranın mövqeləri ilə xeyli üst-üstə düşür.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...