Prezidentlər görüşdə öz dillərində danışdılar

Prezidentlər görüşdə öz dillərində danışdılar


Bakıda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının nəticəsi olaraq, bir sıra ikitərəfli sənədlər imzalanıb. Ölkə başçıları Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.

Həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və onun ukraynalı həmkarı Pyotr Poroşenkonun iştirakı ilə iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə yük daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sənəd və iki ölkənin Mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Sonra Azərbaycan və Ukaryna prezidentləri İlham Əliyevlə Pyotr Poroşenkonun mətbuat konfransı başlayıb. Prezidentlər öz doğma dillərində danışırlar. Amma zalda tərcüməçilər var və onlar liderlərin çıxışlarını tərcümə edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...