Elmar Məmmədyarov Çavuşoğluna zəng edib

Elmar Məmmədyarov Çavuşoğluna zəng edib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar türkiyəli həmkarı Mevlud Çavuşoğlu ilə telefonla danışıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyini diqqətə çatdırıb.

O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. Qardaş Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini bildirib.

E. Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...