Ərdoğan administrasiyası: “Təhlükə sovuşmayıb”

Ərdoğan administrasiyası:

Türkiyədə hərbi çevrilişə cəhdin qarşısı alınıb, lakin hələ demək olmaz ki, təhlükə sovuşub. "Haber7" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası bəyanat verib. Administrasiyanın mətbuat katibi İbrahim Kalın insanları meydanları tərk etməməyə çağırıb.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...