Rusiya XİN Qarabağ haqda: "Türkiyənin iştirakını alqışlayırıq"

Rusiya XİN Qarabağ haqda:


Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakını alqışlayır.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. "Minsk qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə, Rusiya bunu yalnız alqışlaya bilər" – Rusiya XİN rəsmisi bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun birbaşa vəzifəsi fəal olmaq və münaqişənin həllinə konstruktiv töhfə verməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...