Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. “Hürriyet”in verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Məlumatda bildirilir ki, bölgədəki bəzi hadisələrlə bağlı Türkiyənin ayrı-ayrı dövlət adamlarının açıqlamaları ilə əlaqədar İran hökumətinin sərt etirazı səfirin diqqətinə çatdırılıb. İran tərəfi Türkiyənin səfirinə etiraz notası təqdim edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...